Bakı.Trend:
Ermənistanda ölkənin sabiq prezidenti Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb.
Trend Erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokorluğu açıqlama verib.
Ona qarşı İsakov prospektinə bitişik ərazilərin və "Yerablur" hərbi panteonunun torpaqlarının qanunsuz mənimsənilməsi ilə bağlı istintaq çərçivəsində xüsusilə böyük məbləğdə vəsaitin mənimsənilməsi və iri məbləğlərdə “çirkli pulların yuyulması” ittihamları üzrə cinayət işi açılıb.
Qətimkan tədbiri olaraq Sarkisyandan yaşadığı şəhəri tərk etməməsi barədə iltizamnamə alınıb.