...

Avropa İttifaqı bu ölkəyə 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb

Dünya xəbərləri Materials 17 Mart 2025 20:48 (UTC +04:00)
Avropa İttifaqı bu ölkəyə 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının humanitar yardım və böhranların idarə edilməsi üzrə Komissiyası Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasına qərar verdiyini açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Komissiya Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu gün Brüsseldə keçirilən donorlar konfransında bildirib ki, suriyalılar ölkə xaricində olsalar və ya evlərinə qayıtsalar belə daha çox dəstəyə ehtiyac duyurlar.

"Buna görə də, bu gün Avropa İttifaqı Suriyada və bölgədə yaşayan suriyalılara dəstək öhdəliklərini 2025-ci və 2026-cı illər üçün təxminən 2,5 milyard avroya qaldırır", o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti