...

Bu ilin əvvəlindən Qazaxıstanda 1138 yanğın baş verib

Dünya xəbərləri Materials 18 Mart 2025 01:21 (UTC +04:00)
Bu ilin əvvəlindən Qazaxıstanda 1138 yanğın baş verib

Bakı. Trend:

2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib.

Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti