...

Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq - Papa Fransisk

Dünya xəbərləri Materials 19 Mart 2025 00:59 (UTC +04:00)
Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq - Papa Fransisk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Papa Fransisk, fevralın 14-dən etibarən müalicə aldığı Romadakı "Gemelli" klinikasından "Corriere della Sera" qəzetinin direktoru Luçano Fontanaya göndərdiyi məktubda dünyadakı silahlanma və müharibələrin cəmiyyətə təsirlərinə diqqət çəkib.

Trend-in məlumatına görə, məktubunda Papa vurğulayıb ki, hər bir söz sadəcə söz deyil, onlar insan mühitini formalaşdıran gerçəkliklərdir. Sözlər birləşdirə və ya ayıra, həqiqətə xidmət edə bilər və ya ondan istifadə edə bilər.

"Biz sözləri silahsızlaşdırmalıyıq, düşüncələri silahsızlaşdırmalıyıq və Yer kürəsini silahsızlaşdırmalıyıq. Dünyanın təmkinə, düşünməyə və mürəkkəbliyi dərk etməyə böyük ehtiyacı var. Müharibə cəmiyyətləri və ətraf mühiti məhv edir, amma münaqişələri həll etmir. Diplomatiya və beynəlxalq təşkilatlar yeni həyat və nüfuza ehtiyac duyur. Üstəlik, dinlər xalqların mənəviyyatına əsaslanaraq qardaşlıq və ədalət arzularını, sülh ümidini yenidən canlandıra bilər," - deyə Papa qeyd edib.

Fransisk əlavə edib ki, bütün bunlar fədakarlıq tələb edir.

Xəbər lenti

Xəbər lenti