...

Ekrem İmamoğlu saxlanılıb

Dünya xəbərləri Materials 19 Mart 2025 08:25 (UTC +04:00)
Ekrem İmamoğlu saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və şəhərin Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan da daxil olmaqla, bir neçə nəfər “PKK/KCK terror təşkilatına yardım etmək” şübhəsi ilə saxlanılıb.

Trend xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100 şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb.

Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir.

Xatırladaq ki, martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbindən Əkrəm İmamoğlu da daxil olmaqla, 28 nəfərin diplomunun geri alınmasına qərar verib.

Xəbər lenti

Xəbər lenti