...

Suriya və Livan sərhəddəki yaşayış məntəqəsindən qüvvələrini çıxaracaqlar

Dünya xəbərləri Materials 19 Mart 2025 23:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya və Livan təhlükəsizlik qüvvələrini iki ölkə sərhədində yerləşən Hoş əl-Seyyid Əli qəsəbəsindən çıxarmaq barədə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyinə Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan ordu briqadasının komandiri deyib.

Onun sözlərinə görə, "Suriya və Livan ordularının bölmələrinin Hoş-əs-Seyid-Əli yaşayış məntəqəsi ərazilərindən çıxarılması və oradakı mülki əhalinin geri qayıtmasının təmin edilməsi barədə razılıq əldə olunub".

Yaşayış məntəqəsinin kənarına hər iki tərəfdən qüvvələr yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti