...

ABŞ-nin Daxili Gəlirlər Xidməti 15 milyard dollar artıq xərc edib

Dünya xəbərləri Materials 21 Mart 2025 23:19 (UTC +04:00)
ABŞ-nin Daxili Gəlirlər Xidməti 15 milyard dollar artıq xərc edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Daxili Gəlirlər Xidməti (IRS) informasiya texnologiyaları sahəsində modernləşdirmə üçün nəzərdə tutulmuş büdcədən təxminən 15 milyard dollar artıq xərcləyib və 29 il gecikmə ilə yanaşı, hələ də bu prosesi tamamlamayıb.

Trend xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumu (DOGE) sosial şəbəkədə yayımladığı bəyanatda bu məsələyə toxunub.

DOGE-nin verdiyi məlumata əsasən, ABŞ hökumətinin müxtəlif strukturları informasiya texnologiyaları modernləşdirməsinə ayrılan vəsaitləri tez nəticə əldə etmək üçün deyil, daha çox bu prosesə sərf olunan vaxtın ödənilməsi məqsədilə xərcləyirlər.

Bunun nəticəsi olaraq, podratçılar modernləşdirmə işlərini "heç vaxt tamamlamamağa" çalışır və bu, yüksək xərclərə gətirib çıxarır. DOGE IRS-dəki modernləşdirmə prosesini nümunə olaraq göstərib. Məlumata görə, bu proses 1990-cı ildə başlayıb və 1996-cı ildə tamamlanmalı olsa da, hələ də başa çatmayıb. Podratçılar isə əlavə 5 il lazım olduğunu bildirirlər.

Qurum vurğulayıb ki, IRS-in modernləşdirmə işləri qrafikdən 29 il geri qalır və bu müddət ərzində təxminən 15 milyard dollar artıq xərclənib. DOGE qeyd edib ki, yalnız dövlət podratçıları bu vəziyyətdən qazanır və "bu dəyişməlidir".

Xəbər lenti

Xəbər lenti