Bakı. Trend:
Yaponiyanın Ehime və Okayama prefekturalarında meşə yanğınları baş qaldırıb.
Trend-in NHK telekanalına istinadən verdiyi məlumata görə, Ehime prefekturasının İmabari şəhərində alov sürətlə yayılmaqda davam edir. Şəhər rəhbərliyi Naqasava rayonundakı bütün ev təsərrüfatlarının təxliyəsi barədə sərəncam verib və sakinlərə təhlükəsiz yerlərdə qalmağı ciddi şəkildə tövsiyə edib.
Məlumata əsasən, təxliyə əmri yüzlərlə insanı əhatə edir.
Qeyd edək ki, daha əvvəl Cənubi Koreyada baş verən meşə yanğınları nəticəsində dörd nəfərin öldüyü bildirilmişdi.