Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrailin hava zərbəsi nəticəsində Qəzza zolağının şimalında həlak olub.
Trend xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, əl-Qanua Cəbaliya şəhərindəki çadır düşərgəsinə endirilən hava zərbəsi zamanı ölümcül yaralar alıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edib və anklava kütləvi zərbələr endirib.