...

Fevral ayında Türkiyənin Xarici Ticarət Dövriyyəsi 50 milyard dollara çatıb

Dünya xəbərləri Materials 31 Mart 2025 17:00 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 294 milyon dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin fevral ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz azalaraq 20 milyard 761 milyon dollar, idxalı isə 2,4 faiz artaraq 28 milyon 533 min dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti