...

ABŞ Yəməndə husilərə məxsus aviabazaya hava zərbələri endirib

Dünya xəbərləri Materials 31 Mart 2025 23:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan Əd-Daylami aviabazasına bir sıra hava zərbələri endirib.

Trend "Al Hadath" telekanalına istinadən xəbər verir ki, ABŞ qüvvələri bazadakı silah anbarlarına üç hücum həyata keçirib.

Məlumata əsasən, hücumdan sonra ABŞ-a məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb.

Hava hücumları nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti