...

ABŞ-də qasırğa və daşqınlardan ölənlərin sayı 24 nəfərə çatıb

Dünya xəbərləri Materials 8 Aprel 2025 14:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin cənub və mərkəzi ştatlarında daşqınlarla müşayiət olunan qasırğalar səngimək bilmir. Artıq təbii fəlakət nəticəsində ölənlərin sayının 24 nəfərə çatdığı bildirilir.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, tornado və daşqınlar nəticəsində Tennesi ştatında 10 nəfər, Kentukkidə 5 nəfər, Missuridə 3 və Arkanzas və Corciyada hərəsinə 2 nəfər həyatanın itirib.

Bundan başqa, Arkanzas ştatında və Missisipidə ölənlərin olduğu deyilir. Onlardan biri ağacın aşması nəticəsində həlak olmuş beş yaşlı uşaqdır.

Təbii fəlakət bölgənin infrastrukturuna ciddi ziyan vurub. Daşqınlar fonunda Texas və Ohayo ştatlarının bir çox yerlərində elektrik və qazın verilişi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti