...

Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib

Dünya xəbərləri Materials 14 Aprel 2025 10:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın Bəlx vilayətinin inzibati mərkəzi sayılan Məzari-Şərif şəhərində məscid yaxınlığında partlayış törədilib.

Trend xəbər verir ki, bu barədə “Etilaatroz” nəşri məlumat yayıb.

Məlumata görə hadisə nəticəsində azı bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

İlkin araşdırmaya əsasən, partlayış öncədən ərazidə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti