...

Qırğızıstan Azərbaycanı Rusiyaya alternativ qaz tədarük mənbəyi kimi görür

Dünya xəbərləri Materials 15 Aprel 2025 12:56 (UTC +04:00)
Qırğızıstan Azərbaycanı Rusiyaya alternativ qaz tədarük mənbəyi kimi görür
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskva hamamında Qırğızıstan vətəndaşlarının saxlanılmasından sonra Rusiya ilə Qırğızıstan arasında yaşanan diplomatik gərginlik fonunda rəsmi Bişkek Rusiyadan yan keçməklə qaz marşrutunun tikintisini və alternativ tədarük mənbələrini nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayev Moskvadakı insidentə Bişkekin reaksiyası ilə bağlı deputatlardan birinin sualını cavablandırarkən danışıb.

Qırğızıstanda Moskvada Qırğızıstan vətəndaşlarının saxlanılmasının mümkün nəticələri müzakirə olunub.

“Siz qeyd etdiniz ki, bizim benzin, qaz və başqa resurslarımızı kəsə bilərlər. Siz digər ölkələrdən benzin və qazın tədarükləri üçün alternativləri nəzərdən keçirmisiniz?” deyə parlamentari XİN rəhbərindən soruşub.

Kulubayev cavab verib ki, həqiqətən də alternativlər nəzərdən keçirilir: "Biz Azərbaycan və ya İrandan ala bilərik, amma Rusiyadan nefti rüsumsuz alırıq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başa çatsa, bu, alternativ marşrut yaradacaq".

Nazir qeyd edib ki, bir diplomat kimi mümkün fəsadları hesablamalıdır. "Bir addım sanksiyalara səbəb ola bilər. Demirəm ki, belə olacaq, amma biz hazır olmalıyıq. Vətəndaşlarımız vətənpərvərlik hissi ilə oraya heç getməsəydilər, yaxşı olardı.

Orada, həqiqətən də, işçi qüvvəsi çatışmazlığı var, ona görə də bizi çağırırlar. Amma insanlar getməkdən imtina edib, bu təkliflərə məhəl qoymasalar, vəziyyət başqa cür olacaq. “Getmə” deyirik, amma bizim cavanlar yenə də gedirlər. Təbii ki, bu istiqamətdə problemlər çoxdur”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti