...

İranın bu vilayətində qum fırtınası fəaliyyəti dayandırıb: 800 nəfər xəstəxanalara müraciət edib

Dünya xəbərləri Materials 15 Aprel 2025 16:36 (UTC +04:00)
İranın bu vilayətində qum fırtınası fəaliyyəti dayandırıb: 800 nəfər xəstəxanalara müraciət edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində qum fırtınası bir sıra uçuşların ləğv edilməsi, universitetlər, məktəblər və iş yerlərinin fəaliyyətinin dayandırması ilə nəticələnib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, bu gün vilayətdə 800 nəfər ürək-damar problemləri və tənəffüs çatışmazlığı ilə əlaqədar xəstəxana və tibb mərkəzlərinə müraciət edib. Onlardan 20 nəfəri xəstəxanalarda yatırılıb.

Bildirilir ki, qum fırtınası əsasən İraq və Səudiyyə Ərəbistanından vilayətə daxil olub və bu gün axşama qədər davam edəcəyi gözlənilir. Vilayətin bəzi rayonlarında hava çirkliliyi normal şəraitdən 67 dəfə çoxdur və hər kvadratmetrdə 10 mikroqrama yüksəlib. Buna əsasən vilayətdə ciddi xəbərdarlıq edilib.

Vilayətdə əhalinin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan zəruri olmadığı halda mənzillərindən çıxmamaq tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti