...

ABŞ İranın kölgə donanmasına qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 17 Aprel 2025 01:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranla nüvə danışıqlarının ikinci raundu başlanmazdan əvvəl ABŞ İranın kölgə donanmasına qarşı sanksiyalar siyahısını genişləndirib.

Trend xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin reyestrində yerləşdirilib.

Məlumata əsasən, sanksiyalar siyahısına yeddi hüquqi şəxs və beş neft daşıyan gəmi əlavə olunub. Gəmilərdən dördü Panama, biri isə Kamerun bayrağı altında fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ bu addımı Tehranla yeni nüvə danışıqları öncəsində atıb və məqsəd İranın neft ixracını nəzarət altına almaqdır.

Xəbər lenti

Xəbər lenti