Bakı. Trend:
Türkiyənin Mərkəzi Bankı əsas uçot dərəcəsini 42.5 faizdən 46 faizə qaldırılması ilə bağlı qərar çıxarıb.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Xatırladaq ki, mart ayında Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini 45%-dən 250 baza bəndi (2,5 faiz bəndi) azaldaraq 42,5%-ə endirmişdi.
Əksər analitiklər Mərkəzi Bankın faiz dərəcəsini dəyişməz saxlayacağını gözləyirdi.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyun ayında, son iki ildən artıq müddətdə ilk dəfə olaraq uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırmış və bundan sonra 2024-cü ilin martına qədər faiz dərəcəsini ardıcıl şəkildə artırmışdı. Bu müddətdən sonra tənzimləyici orqan sərt maliyyə siyasəti çərçivəsində səkkiz ay ərzində faiz dərəcəsini 50% səviyyəsində sabit saxlamışdı. 2024-cü ilin dekabr ayında isə Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 47,5%-ə endirmişdi.