Bakı. Trend:
Fransada polisə aid əlahiddə bölmə - BRI axtarış və çevik reaksiya briqadasının xüsusi-təyinatlıları tətil elan ediblər.
Trend xəbər verir ki, bu barədə Fransanın TF1 telekanalı məlumat yayıb.
“Biz hər şeyimizi qurban veririk: vaxtımızı, normal iş saatından artıq işləyəndə həyatımızı. Amma iş mükafatlandırmaya gəlib çatanda, bizi nədənsə unudurlar”, - deyə etiraz edən xüsusi-təyinatlılardan biri deyib.
Polis əməkdaşları bu həftədən tətilə çıxıblar və etiraz aksiyasının onların tələbləri yerinə yetirilənə qədər davam edəcəyi bildirilir.
Qeyd edək ki, etirazçılar əlavə iş saatlarına görə məvacibin artırılmasını, habelə hökumətin onların gördüyü işin həqiqətən çətin və təhlükəli olması faktını etiraf etməsini tələb edir.