...

Ağ Ev koronavirusun əsas mənşəyini bəyan edib

Dünya xəbərləri Materials 19 Aprel 2025 17:47 (UTC +04:00)
Ağ Ev koronavirusun əsas mənşəyini bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında SARS-CoV-2 virusunun Çindəki tədqiqat laboratoriyasında sızma nəticəsində yarandığını bəyan edib.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, ABŞ federal hökuməti rəsmi olaraq 7 milyon insanın ölümünə səbəb olan qlobal pandemiyanın əsas izahında bunun laboratoriya mənşəyi olduğunu elan edib.

Məlumata görə, virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu və bütün COVID-19 hadisələrinin bir mənbədən gəldiyi deyilir.

Ağ Evdən qeyd edilib ki, bu, çoxsaylı epidemiyaları əhatə edən keçmiş pandemiyaların dinamikasına ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti