...

İran və ABŞ danışıqlarında irəliyə doğru addım atılıb – Araqçi

Dünya xəbərləri Materials 19 Aprel 2025 18:20 (UTC +04:00)
İran və ABŞ danışıqlarında irəliyə doğru addım atılıb – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya paytaxtı Romada keçirilən İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundunda irəliyə doğru addım atılıb.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi Romada İran medialarına verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, İran nüvə məsələsində daha yaxşı anlaşma əldə etmək üçün danışıqları davam etdirir və danışıqlar artıq növbəti mərhələyə daxil olub.

Araqçi bildirib ki, danışıqlar çərçivəsində 23 aprel tarixində Omanda iki tərəfin ekspertləri səviyyəsində texniki iclaslar keçiriləcək.

İranlı nazir deyib ki, ekspertlərin iclasında anlaşmanın çərçivəsini müəyyənləşdirməyə səy göstəriləcək. Araqçi danışıqların 3-cü raundunun 26 apreldə təşkil olunacağını qeyd edib.

Qeyd edək ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib.

Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti