...

Huawei və China Unicom 10G yüksəksürətli internet layihəsini sınaqdan keçiriblər

Dünya xəbərləri Materials 20 Aprel 2025 06:16 (UTC +04:00)
Huawei və China Unicom 10G yüksəksürətli internet layihəsini sınaqdan keçiriblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin texnologiya nəhəngləri "Huawei" və "China Unicom" birgə 10G yüksəksürətli internet pilot layihəsini uğurla həyata keçiriblər.

Trend-in iXBT.com-a istinadən verdiyi məlumata görə, layihə "Huawei"in mətbuat xidməti tərəfindən açıqlanıb. Bildirilir ki, sınaq 50G PON (passiv optik şəbəkə) texnologiyası əsasında aparılıb və fiberoptik şəbəkələrin arxitekturasının modernləşdirilməsinə xidmət edir. Bu texnologiya bir abunəçiyə düşən ötürmə qabiliyyətini 10 giqabit/saniyə səviyyəsinə qədər artırmaqla yanaşı, məlumat ötürməsində gecikməni millisaniyə səviyyəsinə qədər endirir.

Sınaqlar zamanı sabit 3 millisaniyəlik gecikmə ilə yükləmə (upload) sürəti 9 834 Mbit/s, endirmə (download) sürəti isə 1 008 Mbit/s olub. Bu göstəricilər mövcud ev interneti standartlarını əhəmiyyətli dərəcədə üstələyir.

Layihənin uğurlu nəticələri yalnız 50G PON-un texniki etibarlılığını təsdiqləmir, həm də 8K video yayımı, "10G NAS" bulud yaddaşı, virtual və artırılmış reallıq (VR/AR) tətbiqləri və minimal gecikmə tələb edən oyun platformaları kimi genişhəcmli xidmətlərin gerçəkləşməsi üçün möhkəm texnoloji baza formalaşdırır.

Xəbər lenti

Xəbər lenti