Bakı. Trend:
Braziliyanın San-Paulu ştatında leysan yağışlar güclü daşqınlara səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Braziliyanın "G1" portalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, daşqınlar nəticəsində 37,7 min daşınmaz əmlak obyektı işıqsız qalıb.
Diadema şəhərində 24 gün ərzində gözlənilən yağıntının cəmi iki saata düşdüyü qeyd edilib.