...

Ermənistan parlamentində deputatlar arasında kütləvi qarşıdurma yaşanıb

Dünya xəbərləri Materials 22 Aprel 2025 14:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə müxalifətdən olan parlamentarilər arasında kütləvi qarışdurma yaşanıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, qarşıdurma Ermənistanda fiziki şəxslərin gəlirləri haqda bəyannamənin təqdim olunma müddətinin uzadılması haqda qanun layihəsinin müzakirəsi zamanı meydana gəlib. Hakim partiyanın nümayəndəsi Babken Tunyan çıxış edən zaman müxalifətdən ona qarşı şüarlar səsləndirməyə, replikalar atmağa başlayıblar.

Söz davasından sonra deputatlar arasında gərginlik yaşanıb. İnsidentlə əlaqədar parlamentin iclası təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti