Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağının müharibədən sonrakı idarəçiliyində rol almasına qəti qarşı olduğunu bildirib.
Trend xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, "Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik", – deyə qəti şəkildə vurğulayıb.
O əlavə edib ki, ABŞ bu məsələdə aydın mövqe tutacaq və Yaxın Şərqdə əldə olunan irəliləyişləri qorumağa çalışacaq.
“Mən prezident olsaydım, 7 oktyabr 2023-cü ildə baş verən hadisələr – bu xüsusi gün – heç vaxt yaşanmazdı”, – deyə Tramp qeyd edib. O, hazırkı vəziyyətin qəbuledilməz olduğunu bildirərək, “Biz bu vəziyyəti dayandıracağıq”, – sözləri ilə çıxışını yekunlaşdırıb.
Trampın açıqlamaları regiondakı gələcək siyasi nizamla bağlı ABŞ-nin mövqeyini bir daha ortaya qoyur.