...

Türkiyədə əhaliyə yeni zəlzələ ilə bağlı xəbərdarlıq edildi

Dünya xəbərləri Materials 23 Aprel 2025 15:54 (UTC +04:00)
Türkiyədə əhaliyə yeni zəlzələ ilə bağlı xəbərdarlıq edildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə əhaliyə Mərmərə dənizində seysmik aktivliyin artması ilə əlaqədar baş verə biləcək yeni zəlzələ ilə bağlı xəbərdarlıqlıq edilib.

Trend xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Ölkə parlamentinin spikeri Numan Kurtulmuş vətəndaşları daha bir zəlzələyə hazır olmağa çağırıb.

“Gözlənilən İstanbul zəlzələsi istənilən an baş verə bilər. Millətimizin, eləcə də, bütün qurum və təşkilatlarımızın bu hadisəyə hazır olması, mümkün olan ən az itki ilə bu zəlzələnin öhdəsindən gəlməyimiz vacibdir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti