...

Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq - Tramp

Dünya xəbərləri Materials 5 May 2025 20:34 (UTC +04:00)
Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm.

Trend-ın məlumatına görə, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib.

O qeyd edib ki, danışıq zamanı həmçinin Suriya, Qəzza və digər məsələlərlə bağlı yaxşı, məhsuldar müzakirə baş tutub.

Tramp Prezident Ərdoğanın gələcəkdə onu Türkiyəyə dəvət etdiyini və Türkiyə liderinin də Vaşinqtona səfər edəcəyini bildirib.

O, 4 illik əvvəlki prezidentliyi dövründə Rəcəb Tayyib Ərdoğanla mükəmməl münasibətinin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti