...

ABŞ, Türkiyə, Suriya və Səudiyyə Ərəbistanı liderlərinin onlayn görüşü başa çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 May 2025 13:10 (UTC +04:00)
ABŞ, Türkiyə, Suriya və Səudiyyə Ərəbistanı liderlərinin onlayn görüşü başa çatıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Səudiyyə Ərəbistan, Suriya və Türkiyə liderləri arasında keçirilən onlayn görüş başa çatıb.

Trend xəbər verir ki, bu barədə BBC Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Səlman Suriyaya qarşı sanksiyaların ləğvinə görə Trampa təşəkkür ediblər.

Salman bu qərarı “cəsarətli addım” adlandırıb

ABŞ prezidenti Tramp Əl-Şaraaya ölkəsində tarixi bir iş görmək üçün "böyük bir fürsətə" sahib olduğunu deyib. Tramp, həmçinin, Suriyanı ABŞ-nin vasitəçiliyi ilə Yaxın Şərq ölkələri arasında İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş “İbrahim müqavilələrinə” qoşulmağa və “bütün xarici terrorçuları Suriyanı tərk etməyə vadar etməyə çağırıb.

Qeyd edilir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı münaqişə də müzakirə olunub.

Əl-Şaraa liderlərə bildirib ki, Suriyanın şərq və qərb arasında əsas ticarət qovşağına çevriləcəyinə ümid edir.

xxx

12:01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya lideri Əhməd Əş-Şaraa onlayn görüş keçiriblər.

Trend xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə lideri onlayn görüşə öz iqamətgahından qoşulub. Onlayn danışıqlarda Ərdoğan Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət daşıdığını bildirib.

Ağ Evin məlumatına görə, Tramp Suriya prezidenti ilə görüşündə onu İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaqda kömək etməyə çağırıb.

xxx

11:48

Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampla Suriya administrasiyasının yeni rəhbəri Əhməd Əş-Şaraa arasında görüş keçirilir.

Trend xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, görüş ABŞ və Körfəz ölkələrinin əməkdaşlıq şurasının sammiti ərəfəsində keçirilir.

Görüşün təfərrüatı barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti