...

Gürcüstanda keçmiş müdafiə naziri həbs olunub

Dünya xəbərləri Materials 14 May 2025 14:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda Tbilisi şəhər məhkəməsi ölkənin keçmiş müdafiə naziri İrakli Okruaşvili barəsində girov müqavilində şərti azadlığı həbs qətimkan tədbirinə dəyişib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV-də məlumat yayılıb.

Bu qərar onun sabiq prezident Mixeil Saakaşvili dövründə törədilmiş cinayətlərin araşdırılması üzrə parlament komissiyasının iclaslarına gəlməkdən imtina etməsi ilə bağlı qəbul edilib.

Aprel ayında məhkəmə Okruaşvilinin 20 min lari (təxminən 7,3 min ABŞ dolları) məbləğində girov ödəməsi müqabilində şərti azad etmişdi. Qərardan narazı qalan prokurorluq isə onun həbsi ilə bağlı yeni vəsatətlə çıxış edib. Məhkəmənin prokurorluğun vəsatətini təmin etməsindən sonra Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti