...

Annalena Berbok BMT Baş Assambleyasının sədri postuna namizədliyini irəli sürdü

Dünya xəbərləri Materials 16 May 2025 08:11 (UTC +04:00)
Annalena Berbok BMT Baş Assambleyasının sədri postuna namizədliyini irəli sürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürüb və bu çərçivədə ilk çıxışını edib.

Trend-in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, Berbok çıxışında qeyd edib ki, seçildiyi təqdirdə BMT-yə üzv ölkələrə səmimi vasitəçi və birləşdirici şəxs kimi xidmət göstərməyə hazırdır. O, prioritet olaraq davamlı inkişaf məqsədlərinin irəlilədilməsi, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliyi ilə mübarizəni gündəliyində ön plana çıxarıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının sədri vəzifəsi əsasən simvolik xarakter daşısa da, iclaslara rəhbərlik etmək və gündəliyin formalaşmasında iştirak baxımından mühüm siyasi və diplomatik təsir imkanlarına malikdir.

İyunun 2-də keçiriləcək seçkilər formal xarakter daşıyır, çünki Berbokun namizədliyinə qarşı alternativ yoxdur.

Xatırladaq ki, Annalena Berbok 2021-ci ildən 2025-ci il mayın 6-dək Almaniyanın xarici işlər naziri vəzifəsində çalışıb. Əgər seçilərsə, o, yeni vəzifəsinin icrasına sentyabrın 9-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti