Bakı. Trend:
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.
Məlumata görə, mübadilə zamanı Rusiya tərəfi Ukraynaya həlak olmuş 909 hərbi qulluqçunun nəşini təqdim edib. Qarşı tərəf isə Rusiyaya 34 rusiyalı əsgərin nəşini təhvil verib.
