...

Nyu-York körpüsü ilə yelkənli qayığın toqquşması nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 18 May 2025 10:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu-Yorkda Bruklin körpüsünə çırpılması nəticəsində iki nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams açıqlama verib.

Hadisə zamanı gəminin göyərtəsində 277 nəfər olub. Qəza nəticəsində azı 19 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Nyu-York polis rəisi Uilson Arambolesin sözlərinə görə, ilkin araşdırmalar gəminin mexaniki nasazlıq səbəbindən nəzarətdən çıxdığını göstərir. Axının güclü olması nəticəsində gəmi birbaşa körpünün dayağına çırpılıb.

Qeyd olunur ki, Bruklin körpüsünə ciddi ziyan dəyməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti