Bakı.Trend:
NATO qüvvələri İsveçin Qotland adasında HİMARS zenit-raket komplekslərindən atəş üzrə təlimlər keçirib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, atışlar 11-31 may ərzində İsveç, Finlandiya, Norveç, Latviya və Litva ərazilərində keçirilən iriqmiyaslı “Swift Response 25” hərbi təlimləri çərçivəsində baş tutub.
Qeyd edək ki, “Swift Response 25” müharibə oyunlarında 14 ölkədən 6 minə yaxın şəxsi heyət iştirak edir.