...

Qırğızıstan əhalisinin sayı kəskin artıb

Dünya xəbərləri Materials 28 May 2025 00:47 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanın Milli Statistika Komitəsinin məlumatına görə, ölkənin daimi əhalisi 2025-ci ilin yanvar-mart aylarında 26,4 min nəfər artaraq 7 milyon 308 min nəfər olub.

Trend xəbər verir ki, bu barədə Qırğızıstanın Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında vətəndaşlıq vəziyyəti aktlarında 31,8 min yeni doğulmuş uşaq qeydiyyata alınıb.

2025-ci ilin yanvar-mart aylarında əhalinin təbii artımının ən yüksək səviyyəsi Batken, Oş və Cəlal-Abad vilayətlərində, ən aşağı səviyyəsi isə Bişkek şəhəri və İssık-Kul vilayətində müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti