...

ABŞ-də yüksək sürətli təyyarə hazırlanır

Dünya xəbərləri Materials 29 May 2025 11:33 (UTC +04:00)
ABŞ-də yüksək sürətli təyyarə hazırlanır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Texasın “Venus Aerospace” şirkəti trans-Atlantik uçuşlar üçün yeni “Stargazer M4” avialaynerini hazırlamağa başlayıb.

Trend xəbər verir ki, bu haqda layihənin saytında məlumat dərc olunub.

Yeni laynerin sərnişinləri Los-Ancelesdən birbaşa Tokioya iki saatdan da az vaxt ərzində çatdıra biləcəyi bildirilir.

“Venus Aerospace” yeni laynerin yaradılmasında dönən detonasiyalı raket mühərrikindən istifadə etməyi planlaşdırır. Bu mexanizm dartıcı qüvvənin yaranması üçün ənənəvi mühərriklərdəki stabil alışma əvəzinə dönmə zamanı baş verən partlayışlardan istifadə edir.

Tərtibatçılar laynerin 4 Maxa (4939 kilometr saat) qədər sürət yığa biləcəyini gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti