Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində Tramp administrasiyasının miqrasiya siyasətinə qarşı etirazlar fonunda polis qüvvələri yüzlərlə nümayişçidən ibarət qrupa rezin güllələrlə atəş açıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Aksiya dinc başlasa da, sonradan asayiş keçikçiləri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Polis əməkdaşları rezin güllələrlə atəş açıb. İzdiham geri çəkilsə də, dağılışmayıb. Yaralananların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın yürütdüyü miqrasiya siyasətinin əleyhdarları “No Kings” aksiyasi çərçivəsində ümumilli kütləvi nümayişlər elan edib. Genişmiqyaslı aksiya Vaşinqtonda hərbi paradın keçiriləcəyi 14 iyuna təyin olunub.