...

Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır

Cəmiyyət Materials 13 İyun 2025 14:21 (UTC +04:00)
Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

17 iyun 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məktəblərə qəbul üçün ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.

Namizədlərə imtahan tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, qəbul prosesi Mədəniyyət Nazirliyi tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti