Bakı. Trend:
"Liverpul"a keçəcəyi gözlənilən Florian Virtsin yerini doldurmaq üçün "Bayer" klubu "Bornmut"da çıxış edən Castin Klyuverti transfer etməyi planlaşdırır.
Trend xəbər verir ki, Almaniya təmsilçisinin baş məşqçisi Erik ten Haq niderlandlı hücumameyilli yarımmüdafiəçini heyətində görməkdə maraqlıdır. Bu məqsədlə "Bayer" 26 yaşlı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, "Bornmut" Castin Klyuverti 2023-cü ilin yayında İtaliyanın "Roma" klubundan heyətinə qatıb. Niderland millisinin üzvü ötən mövsüm 39 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.