...

Azərbaycan Özbəkistan ilə turizm sektorunda yeni layihəyə başlayır

Turizm Materials 13 İyun 2025 16:18 (UTC +04:00)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Özbəkistan ilə turizm sektorunda yeni layihəyə başlayırıq. Şərqi və Mərkəzi Avropa ölkələrində birgə marketinq kompaniyası keçirəcəyik ki, həmin ölkələrdən olan turistlər Bakı üzərindən Özbəkistana səyahət etsin və əks istiqamətdə geri qayıtsın.

Trend xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

O qeyd edib ki, məsələn, Özbəkistanda tarixi abidələr və sair Avropalıları çox cəlb edir.

"Azərbaycanın isə nəqliyyat kimi üstünlükləri daha çoxdur ki, biz onları birbaşa uçuşlarla təmin edək. Bizdə və Özbəkistanda görüləsi bir çox yerlər var. Biz Özbəkistandan Avropaya yeni məhsul gətiririk. Bu dəhlizlərin və nəqliyyatın işlənməsidir. Bu layihənin effektivliyindən asılı olaraq gözləyirik ki, Orta Asiyanın digər ölkələri də bu layihəyə qoşulacaq. Biz çalışacağıq ki, Bakı turistlər üçün bir mərkəzə çevrilsin və regional mərkəz məhz Azərbaycan olsun. Azərbaycan vasitəsilə bu əlaqələr qurulsun", - deyə müşavir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti