...

Sumqayıt və Bərdədə təbiətə 30 min manatdan çox ziyan dəyib

Cəmiyyət Materials 13 İyun 2025 18:03 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti