Bakı. Trend:
Tehranın şərqində iki ərazidə partlayış səsləri eşidilib.
Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Hava hücumundan müdafiə sistemləri İran paytaxtının şərq hissəsindəki səmada İsrailin hədəflərinə hücum edir.
XXX
04:45
İranın hava hücumundan müdafiə sistemləri paytaxt Tehran şəhərində yenidən işə salınıb.
Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Əlavə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl Tehranın Mehrabad hava limanı yaxınlığında silsilə partlayışlar və yanğınla bağlı xəbərlər yayılmışdı.