Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsrailin İrana zərbələrindən sonra rəsmi Tehranı nüvə danışıqlarını bərpa etməyə və razılaşma bağlamağa çağırıb.
Trend xəbər verir ki, Ağ Ev rəhbəri öz “Truth Social” hesabında öz fikirlərini bölüşüb:
“Mən İrana razılaşmaya gəlmək üçün fürsət vermişəm. Mən onlara ən sərt şəkildə dedim: “Sadəcə bunu edin”. Amma nə qədər çalışsalar da, nə qədər yaxınlaşsalar da, bunu edə bilmədilər".
Tramp əlavə edib ki, bu gedişlə bundan sonra vəziyyət daha da pis olacaq
“Amma bu qətliamı dayandırmaq üçün hələ də vaxt var – növbəti, daha amansız hücumlar baş verməmiş İran razılığa gəlməlidir. Sadəcə bunu edin, gec olmadan. Allah hamınızı qorusun!”, - deyə Tramp yekunlaşdırıb.