Bakı. Trend:
"Mançester Yunayted" İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhenlə danışıqları bərpa etmək niyyətindədir.
Trend-in məlumatına görə, İngiltərə klubu nigeriyalı forvarda illik 12 milyon avro məvacib təklif etməyə hazırlaşır. "Mançester Yunayted" həmçinin "Napoli"nin tələb etdiyi 75 milyon avroluq transfer məbləğini ödəməyə razıdır.
Qeyd edək ki, Viktor Osimhenə ən yüksək təklifi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu versə də, futbolçu bu ölkədə oynamaqdan imtina edib. Hazırda o, ötən mövsüm icarə əsasında çıxış etdiyi Türkiyənin "Qalatasaray" klubu ilə də danışıqlar aparır.
Xatırladaq ki, 26 yaşlı hücumçu “Qalatasaray”ın heyətində keçirdiyi 41 oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.