Bakı. Trend:
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini olan dörd nəfər 2 avtomat silahı, 2 tapança və 10 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Həmçinin polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 2 tüfəng və 22 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.