Bakı. Trend:
İrandan həyata keçirilən raket hücumları nəticəsində İsraildə yaralananların sayı 41 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağır, ikisi isə orta ağır qiymətləndirilir. Dörd nəfərin vəziyyəti qənaətbəxş, 33 nəfər isə yüngül xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu İrandan iki raket hücumu dalğasının qeydə alındığını açıqlayıb.