...

Skopyedə U17 Avropa çempionatında Azərbaycan güləşçiləri yarımfinala vəsiqə qazanıblar

İdman Materials 13 İyun 2025 22:04 (UTC +04:00)
Skopyedə U17 Avropa çempionatında Azərbaycan güləşçiləri yarımfinala vəsiqə qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir. Bu gün sərbəst güləş üzrə 5 çəkidə mübarizə start götürüb.

Trend xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan Rəvan Həsənzadə Polşadan olan Przemislav Mrozekə 7:0, Slovakiyadan Attila Hegedusa isə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda Türkiyədən Sadık Ateşoğullarını 6:2 hesabı ilə məğlub edib. O, sabah finalda Ermənistan təmsilçisi Artak Ağabekyanla qarşılaşacaq.

55 kq-da mübarizə aparan Ruslan Əlizadə Slovakiyadan İvan Jaksıkaya 10:0, Belarusdan Qleb Piatrova isə 4:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Ruslan erməni idmançı Armen Papikyanı 8:4 məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı Maxaç Abdullayevlə üz-üzə gələcək.

65 kq-da Tunar Nəsibov Rumıniyadan İstvan Naqiyə 7:6 hesabı ilə qalib gəlsə də, 1/8 finalda Ukraynanın İvan Zaliskoyuna 1:12 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Tunar sabah təsəlliverici görüşdə Gürcüstandan Saba Tkemaladze ilə güləşəcək.

80 kq-da Əli Hacıyev Ermənistan təmsilçisi Avet Enqoyanı 4:3 hesabı ilə məğlub etsə də, 1/4 finalda Böyük Britaniyadan Marshall Consa 0:10 hesabı ilə uduzub.

110 kq-da Hakim Tağıyev Rumıniyadan Sebastyan Braileskuya "tuş"la, Bolqarıstandan Halil Sadakova isə 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Gürcüstan idmançısı Murtaz Baqdavadzeyə 0:2 hesabı ilə uduzub. Hakim sabah bürünc medal uğrunda Macarıstandan Qyoerqi Juhas və Latviya təmsilçisi Ernests Stabins arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti