...

Xankəndi , Ağdərə və Xocalının təbiəti bərpa olunur - Səbuhi Qəhrəmanov

Cəmiyyət Materials 13 İyun 2025 14:19 (UTC +04:00)
Xankəndi , Ağdərə və Xocalının təbiəti bərpa olunur - Səbuhi Qəhrəmanov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi.Trend:

İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətləri ermənilər tərəfindən talan edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər, ekoloji terrora əl ataraq təbii ehtiyatları gizli şəkildə məhv ediblər. Bu ərazilərdəki təbiət abidələrinə, qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kənd təsərrüfatı torpaqları yararsız hala salınıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

S. Qəhrəmanovun sözlərinə görə, işğal zamanı ərazilərdəki mövcud faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar istismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib. Eyni zamanda yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdə insanlar üçün böyük ekoloji fəlakətə çevrilib. Hazırda ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmə işləri sürətlə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti