Bakı. Trend:
İlkin qiymətləndirmələrə görə, ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payı 4.5 faiz, qeyri-neft və qaz sektorunda isə 6.7 faiz olub.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda deyib.
O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib.
Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb.