...

Bu gün azad olunmuş ərazilərdəki üç məktəbdə “Son zəng” tədbiri keçirilir - Sədr

Cəmiyyət Materials 14 İyun 2025 11:07 (UTC +04:00)
Bu gün azad olunmuş ərazilərdəki üç məktəbdə “Son zəng” tədbiri keçirilir - Sədr
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən “Son zəng” tədbiri yenidən keçirilir. Bu çox qürurverici hadisədir.

Trend xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Xankəndidə keçirilən “Son zəng” tədbirində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün azad olunmuş ərazilərdəki üç məktəbdə “Son zəng” tədbiri keçirilir:

“Bunlar 1 nömrəli Şuşa məktəbi, 4 nömrəli Xankəndi məktəbi və Mehdi Mehdizadə adına Cəbrayıl məktəbidir”.

E.Nəsibov onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil və məktəbəqədər müəssisələrində 3 mindən çox şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır və 500-ə qədər təhsilverən çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti