...

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib (FOTO)

Siyasət Materials 13 İyun 2025 18:08 (UTC +04:00)
Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturaydan Azərbaycan-NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələr, həmçinin Aİ, yaşıl enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti