Bakı. Trend:
Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) arasında fiskal siyasət sahəsindəki prioritetlər və islahatlar gündəliyi müzakirə edilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iyunun 13-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ilə Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı Direktoru Patrik Loşevski arasında virtual formatda görüş keçirilib.
Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər görüşdə Azərbaycanın dövlət maliyyə idarəçiliyi, fiskal siyasət sahəsindəki prioritetlər və həyata keçirilən islahatlar gündəliyini müzakirə ediblər. Həmçinin bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.